Muəllif: Redaksiya
Ruhi xəstə Qazax şəhərini qarışdırdı
Qazax şəhərində məktəbə bomba qoyulması barədə polisə məlumat daxil olub. Dünən saat 16 radələrində naməlum şəxs polis şöbəsinə zəng vuraraq 1 saylı orta məktəbə bomba qoyulması barədə məlumat verib. Dərhal hüquq-mühafizə orqanı əməkdaşları və FHN xüsusi xilasetmə dəstəsi məktəbdə axtarışlara başlayıblar. Binada heç bir partlayıcı qurğu aşkarlanmayıb.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat tədbirləri zamanı zəng edən şəxsin rayon sakini, 1995-ci il doğumlu Bayramov Həsrət Zirəddin oğlu olduğu müəyyən edilib. Həmin şəxs polis tərəfindən saxlanılıb. Bayramovun ruhi xəstə olduğu bildirilir.
Bölüm: Xəbərlər
Oxunma sayı: 170