Muəllif: Redaksiya
Ruhi xəstə kərəntini qonşunun ürəyinə sancıb…
Bu tükürpədən hadisə Şirvan şəhərində gecə saat 22:00 radələrində Hacıqəhrəmanlı qəsəbəsində baş verib. Fərman Quliyev küçəsi 14 ünvanda yaşayan 56 yaşlı Vəlixan Əliyev həmyerlisi, 48 yaşlı Fətixan Atakişiyev tərəfindən qətlə yetirilib. Hadisə şahidlərinin bildirdiyinə görə, odun yığmaqdan qayıdan Fətixan M.Rəsulzadə küçəsi 19 saylı yaşayış evinin qarşısında, kərəntini Vəlixanın ürəyinə sancıb… Vəlixan Əliyev tanışının avtomobili ilə xəstəxanaya aparılarkən yolda keçinib. Qətlin nə səbəbdən baş verdiyi araşdırmalardan sonra bəlli olacaq. Amma qəsəbə sakinləri Fətixan Atakişiyevin ruhi xəstə olduğunu da bildirdilər. Fətixan Atakişiyev şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb.
Bölüm: Kriminal
Oxunma sayı: 142