Muəllif: Zəminə Rüstəmova
Röya sarayı seçib
Rekord konsert verən sənətçilər siyahısında olan Röya yeni konsert proqramı hazırlayır. Prodüserinin AYNAya verdiyi məlumata görə, bu konserti fərqli edən məqamlar çoxdur. Həm repertuar, həm rəqs nömrələri, həm sənətçinin geyimi və səhnə dekorasiyası bir başqa olacaq. Təfərrüatlarını indidən açmaq istəməyən sənətçi məkanı söylədi. Heydər Əliyev Sarayında əvvəllər də konsertlər vermiş sənətçi, müəyyən fasilədən sonra yenə həmin məkanı seçib. Bu konsertin tarixi yaxın günlərdə açıqlanacaq.
Bölüm: Mədəniyyət
Oxunma sayı: 479