Muəllif:

ROKETSAN bizim sifarişləri ilin sonunadək tamamlayacaq

Türkiyənin ROKETSAN şirkəti Azərbaycandan aldığı sifarişlər üzrə çatdırmaları ilin sonunadək yekunlaşdıracaq. Artıq Azərbaycanın sifariş verdiyi T-122 «Sakarya» tipli reaktiv atəş sistemlərinin və raketlərin önəmli hissəsi təhvil verilib. T-300 «Kasırğa» sistemlərinin istehsalı və sınaqları isə davam etdirilir. Azərbaycanın sifariş verdiyi «Kasırğa» sistemi Türkiyənin silahlanmasındakı analoji sistemlərlə müqayisədə təkmilləşdirilib.

ROKETSAN-ın Azərbaycan üçün hazırladığı universal reaktiv atəş sistemi bir maşın üzərindən həm 122, həm də 300 mm çaplı raketlərdən atəş açmağa imkan verəcək.

Qeyd edək ki, Azərbaycanın Türkiyədən aldığı T-122 «Sakarya» reaktiv atəş sistemləri cari ilin iyun ayında Bakıda keçirilən hərbi parada nümayiş olunub. Bu sistemlər mənzili artırılmış mərmilərlə düşmənin 40 km uzaqlıqdakı hədəflərini məhv etmək gücünə malikdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 203