Muəllif:

Reyhanlıda partlayış: bu xain aksiyanı kim sifariş verib?

Bu gün Hatay elinin Suriya ilə sərhədin yaxınlığında yerləşən Reyhanlı rayon mərkəzində arada 15 dəqiqə fərqlə iki avtomaşın partladılmış, onlarca vətəndaş həyatını itirmişdir. Yaralananlar var, yaxınlıqdakı binalar ziyan görmüşdür. Ərazidə
park edilmiş 50-yə yaxın avtomobil zədələnib.

Anadolu agentliyinə istinadən, terror aksiyaları içərisinə partlayıcı maddələr yerləşdirilmiş 2 avtomaşın vasitəsilə Atatürk prospektindəki bələdiyyə və poçt binalarının qarşısında törədilmişdir. Təcili hadisə yerinə yollanan daxili işlər naziri Müəmmər Gülər ölənlərin sayının 40-a çatdığını deyir. Son rəqəmlərə görə, yaralıların sayı təqribən 100-dür, onlardan 29-nun durumu ağır deyə qiymətləndirilir.

Bu xain hadisə Türkiyədə geniş rezonans doğurmuşdur. Məxfi orqanlar hadisəni araşdırır. Reyhanlı bölgəsində suriyalı qaçqınların böyük bir kütləsi yerləşdirilib və bu baxımdan hadisədə «Suriya izi», aksiyanın arxasında Əsəd rejiminin dayandığı istisna olunmur. Bəzi gümanlar var. Baş nazir Erdoğan PKK ilə başladılan təmasları, terror dəstələrinin ölkədən çıxarılma prosesini nəzərdə tutaraq deyib ki, «çözüm sürəcini həzm edə bilməyənlər bu kimi aksiyaların içərisinə girə bilərlər».

Xarici işlər naziri Əhməd Davudoğlu da Türkiyənin yaşadığı həssas dönəmi nəzərdə tutaraq aksiyanın baş verdiyi zaman faktorunu təsadüfi saymır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 141