Muəllif:

Reyhanlı teraktını təşkil etməkdə əsas şübhəli şəxs yaxalanıb

Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində terror aktını təşkil etməkdə əsas şübhəli şəxs ölkənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hatay valisi Lekesizə istinadən yayılan xəbərə  şübhəli bilinən şəxs Hatay vilayətinin sakini Mehmət G-dır. Ötən şənbə günü Reyhanlıda partladılan mikroavtobuslar onun adına qeydə alınıb, deyə Anadolu agentliyinin xəbərində deyilir.

Daha əvvəl Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində baş vermiş terror aktlarına dair iş üzrə saxlanılanların sayının 13-ə çatdığı bildirilib. Onlardan 4 nəfəri barədə həbs qətimkan tədbiri seçilib. Reyhanlıda iki minalanmış avtomobil 15 dəqiqəlik ara ilə meriya binasının qarşısında və sənaye rayonunda partlayıb. Nəticədə 51 insan həyatını itirib, 150-dən çox adam isə yaralanıb.

Reynanlı əmniyyət müdiri Murat Berk də vəzifəsindən kənarlaşdırılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 154