Muəllif:

Reyhanlı teraktına görə 9 gözaltı: «Suriya izi» təsdiqlənir

Anadolu Agentliyinin xəbərinə itinadən, Baş nazirin müavini Bəşir Atalay, İç işləri naziri Muammər Gülər, ədliyyə naziri Sadullah Ergin, Səhiyyə naziri Mehmet Müəzzinoğlu və vali Mehmet Cəlalettin Ləkəsiz ilə Hatay Hava limanında Reyhanlı teraktı ilə bağlı mətbuat konfransı keçirərək baş vermiş hadisəyə dair son bilgiləri paylaşmışdır.

Bildirilib ki, Reyhanlıda olay 2 ayrı avtomaşına yüklənmiş çox miqdarda bombanın patladılmasıyla meydana gəlib. İndiyə qədər 46 adam həyatını itirib, bu ana qədər onlardan 38-nin kimliyi müəyyən olunub.Bunlardan 35-i Türkiyə vətəndaşı, 3-ü Suriya vətəndaşıdır. Yaralıların sayı 146-dır. Onlardan bəzilərinin vəziyyəti ağırdır.735 iş yeri, 62 nəqliyyat vasitəsi, 8 ictimai bina və 120 mənzil ziyan görüb…

Atalay bildirib ki, hadisə ilə bağlı 9 adam gözaltına alınmışdır.
Suriya məxfi xidmətləri ilə əlaqəli bir terör örgütünün bu məsələ ilə bağlılığı təsbit edilmiş və bu əməli törədən şəxslər də müəyyən faiz təsbit ediliblər.
Atalay deyib ki, tutulanların öz ifadələri ilə, etirafları ilə məsələnin mahiyyəti çox böyük faizlə üzə çıxarılmışdır. Atalay deyib ki, gözaltına alınanlar Türkiyə vətəndaşlarıdır.

«Bunu da ifade edim — olayla ilgili, olayı törədənlərlə ilgili, örgütlə ilgili, gözaltındakıların etiraflarıyla ilgili ən dərin sonuçlara varılmışdır. Gözaltına alınamayan hələ bir neçə şəxs var».

Türkiyə DİN rəhbəri: “Reyhanlıdaki partlayışlara aidiyyəti olan şəxslər Suriya xüsusi xidmət orqanları ilə əlaqəlidir”

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülə başsağlığı məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: “Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxlu sayda insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Azərbaycan prezidenti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana da başsağlığı verib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 179