Rəsul Quliyevə Türkiyəyə giriş yasaq imiş
Bəlli olur ki, bəzi qonşu ölkələrdən hansisa siyasət adamlarının demokratik Türkiyəyə girişinə yasaq var. Məsələn, Mahmudəli Çöhrəqanlı, Birləşmiş Ştatlarda mühacirətdə olan eks-spiker Rəsul Quliyev… Rəsul Quliyevin Türkiyəyə girişinə yasaq qoyulmasının həqiqət olduğunu Turan-a R.Quliyevin lider olduğu Açıq Cəmiyyət Partiyasının sədri Süləhddin Əkbər bildirib.
Əkbərin sözlərinə görə, bu yasağı Türkiyə Milli Təhlükəsizlik Qurumu tətbiq edib. Yasağın motivi bəlli deyil. Həm də yasaq R.Quliyev spikerlikdən uzaqlaşdırıldıqdan sonra o zamankı dövlət başçısı Heydər Əliyevin o zamankı prezident Süleyman Dəmirələ xahişilə qoyulub. S.Əkbər bu yasağın R.Quliyev və Özbəksitan müxalifətinin lideri Müəhəmməd Salehə tətbiq olunduğunu xatırladıb. Amma Erdoğan Türkiyədə hakimiyyətə gəldikdən sonra Mühəmməd Salehə qarşı yasaq aradan qaldırılıb. R.Quliyevə qarşı yasaq isə qüvvədən salınmayıb. Əkbər bu yasağın qaldırılması üçün bu yaxınlarda Türkiyədə olarkən rəsmi Ankaraya mesajlar çatdırdığını deyir.