Muəllif:

Rəsul Quliyev — Müsavat debatı nədən qızışıb?

Birləşmiş Ştatlarda mühacirətdə yaşayan, lakin Milli Şurada təmsil olunan Rəsul Quliyev ilə aparıcı müxalifət partiyası olah Müsavat arasında xoşagəlməz, hətta etik çərçivədən kənara çıxan debatlar belə görünür hələ bitməyib. Fəqət bu debatların qəfildən belə bir şəkil almasının nədəni anlaşılmır.

Bir gün əvvəl Gülağa Aslanlı APA-ya açıqlamasında Rəsul Quliyevin Müsavat Partiyasını hədəf seçməsinin səbəbini anlamadığını və onun indiyə qədər bu suala cavab vermədiyini deyib.“Rəsul Quliyevin Milli Şurada təmsil olunduğu bir vaxtda nəyə görə hədəf olaraq Müsavat Partiyasını seçdiyi anlaşılan deyil. O, bu suala cavab vermir. Bizim hər bir cümləmizi təftiş edib, öz anlamında təqdim etməsi də düzgün deyil”.

Aslanlı bildirib ki, Müsavat Partiyasının İsa Qəmbərin namizədliyini qüvvədə saxlaması, Milli Şuranın istənilən halda seçkilərdə iştirak etməsinə xidmət edir: “İkinci namizəd, əlavə namizəd yenə də intellektuallardan bir olmalıdır. Burada partiyaların nümayəndələrindən söhbət getmir. Müsavat Partiyası olaraq biz Milli Şuranın seçkilərdə iştirakının tərəfdarıyıq”.

Söhbət ondan gedirdi ki, ACP lideri Rəsul Quliyev Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin qüvvədə saxlanmasının Mili Şurada dağıdıcı rol oynayacağını qeyd etmişdi.

Rəsul Quliyevdən Gülağa Aslanlıya cavab özünü çox gözlətmədi. Eks-spiker “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb: “Müsavat Partiyasını hədəfə alsaydım, daha çox şeylər yaza bilərdim”.

Rəsul Quliyev Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının onun barəsində dediyi fikirlərə münasibət bilidirərək qeyd edib ki, o, Müsavata qarşı deyil, sadəcə, partiyanın başqanı İsa Qəmbərin namizədliyini geri götürməməsinə etiraz edir: “Müsavat başqanının namizədliyini geri götürməməsinin düzgün olmadığını və hansı nəticələrə gətirib çıxardacağını diqqətə çatdırmışam. Mənim Müsavatla bağlı hədəfim olsaydı, daha çox şeylər yaza bilərdim. İndi Əli Kərimli, Lalə Şövkət Hacıyeva və başqaları öz namizədliklərini irəli sürməyiblər, mən necə onların əleyhinə yaza bilərəm? Hədəfə Müsavat Partiyası yox, namizədliyin irəli sürülməsi və geri götrülməməsi götürülüb”.

Rəsul Quliyev Müsavat funksionerlərinə cavab verməsini belə əsaslandırıb: “İndiyə qədər həmişə tərbiyəsiz adamlara cavab vermişəm”.

Amma R. Quliyev qeyd edib ki, G. Aslanlıya verdiyi cavab “daha çox dostluq mesajına yaxın idi”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 201