Rəsmi Tehran ermənilərin Türkiyə səfirliyi qarşısında mitinqini təşkil etdi
Rəsmi Tehran ermənilərin Türkiyə səfirliyi qarşısında mitinqini
təşkil etdi. Aprelin 24-də İranda yaşayan ermənilərin Tehranda keçirdikləri yürüş-mitinq əslində Tehranın siyasi istəklərinin ifadəsinə çevrilmişdir.
Bu hərəkəti ilə Tehran Türkiyəyə və Azərbaycana manasibətdə yumşaq deyilsə, qeyri-səmimi olduğunu bir daha sərgiləmiş oldu.
“Öyrənci səsi”nə istinadən, zahirən qondarma erməni soyqırımının tanınması tələbi ilə keçirilmiş piketdə İran parlamentində təmsil olunan erməni deputatlar da iştirak edib. İran DİN ilə razılaşdırılmış aksiyada yüzlərlə nümayişçi Türkiyənin Tehran səfirliyinin binası qarşısına toplaşaraq bu ölkənin və nəcib xalqının əleyhinə xain şüarlar səsləndiriblər. Eyni zamanda piketdə rəsmi Ankaradan Suriyanın daxili işlərinə müdaxiləyə son qoyması istənilib — bu isə rəsmi Tehranın
ağrılı və qorxulu yeridir. Bu fitkəkar aksiya polisin himayəsi altında cərəyan etmişdir.
Bundan başqa, aprelin 23-də də Tehrandakı erməni kilsəsində qondarma «soyqırım»la bağlı törən təşkil edilib. Bu fitnəkar yığıncaqda Türkiyə ilə bağlı fantastik fikirlər səsləndirilib. Qardaş ölkənin əzəli torpaqlarının bir hissəsinin erməni torpaqları olduğu və həmin ərazilərin Ermənistana birləşdirilməsi barədə hərzə-hərzə danışıblar.