Muəllif:

Rəsmi Oslo Xocalı aeroportu ilə bağlı mövqe bildirdi

Rəsmi Oslo Xocalı aeroportu vasitəsilə uşuşlar həyata keçirmək cəhdlərini pisləyir. Trend-in məlumatına görə, bunu Norveçin xarici işlər naziri Espen Bart Eide deyib.
«Bizim Xocalı aeroportu ilə bağlı məsələyə dair mövqeyimiz bəllidir. Biz Yerevana bildirmişik ki, biz bu aeroport vasitəsi ilə uşuşların həyata keçirilməsini pisləyirik. Ermənistan qarşı tərəfə yönələn təxribat xarakterli hərəkətlərə əl atmamalıdır», — nazir bildirib.
Eide qeyd edib ki, Norveç Dağlıq Qarabağ məsələsində Minsk qrupunun səylərini dəstəkləyir və hesab edir ki, status-kvo qəbuledilməzdir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bəyan edib ki, Norveçin xarici işlər naziri Espen Bart Eide ilə görüşdə iqtisadiyyat və enerji sahəsində əməkdaşlığa dair geniş müzakirələr aparıblar. Məmmədyarov bildirib ki, Azərbaycanla Norveç Krallığı arasında əməkdaşlıq yüksək səviyyədədir. Norveçin «Statoil» şirkəti Azərbaycanda böyük işlər görür, ölkəyə irihəcmli sərmayələr yatırıb. Trend-in məlumatına görə, nazir eyni zamanda qeyd edib ki, norveçli həmkarı ilə regional məsələlər, Əfqanıstan, İran, Rusiya ilə bağlı müzakirələr aparılmışdır.
«Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmkarıma məlumat vermişəm, həmçinin BMT çərçivəsində iki ölkə arasında əməkdaşlıq müzakirə olunub», — Məmmədyarov deyib.
Norveç XİN-in rəhbəri gələcəkdə Azərbaycanla əməkdaşlığın daha da inkişaf edəcəyini bildirib.
O qeyd edib ki, Azərbaycana səfərinin əsas məqsədi ikitərəfli əməkdaşlığa təkan verməkdir. Nazir deyib ki, Azərbaycan Avropanın əsas enerji təchizatçılarından biri hesab olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 159