Muəllif: Redaksiya
Rəsədxana ətrafındakı binaların işıqları gecələr teleskopun fəaliyyətinə problem yaradır
Nazirlər Kabineti Azərbaycan MEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ətrafında tikilən 2 mərtəbəli binanın rəsədxananın fəaliyyətinə nə dərəcədə mane olmasının araşdırılması üçün bir ay əvvəl Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlayıb. MEA vitse-prezidenti Akif Hacıyev mətbuata bildirib ki, məktubun sürəti MEA-ya da təqdim olunub. Məktubda FHN-ə tikinti şirkəti və astrofiziklərlə birlikdə məsələnin araşdırılması tapşırılır.
Hacıyev artıq astrofiziklərin rəy hazırladıqlarını demişdir: “Bu rəylər MEA prezidenti Akif Əlizadəyə təqdim edilib. Bu rəylərdə qeyd edilir ki, rəsədxana ətrafındakı binaların işıqları gecələr teleskopun fəaliyyətinə problem yaradır.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 257