Muəllif:

Rəqsanə də dələduz çıxdı?

Rəqsanə İsmayılovanın vəkili hazırda polis idarəsində onun axtarışa verilməsinin səbəblərini araşdırır. Onun köməkçisi bildirib ki,
məsələ aydınlaşandan sonra bu barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Suraxanı rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərli Trend-ə bildirib ki, Rəqsanə İsmayılova barəsində axtarış elan edilib. İsmayılovanın axtarışa verilməsinin səbəbi onun vətəndaşlara qarşı dələduzluq etməsi ilə bağlıdır.
Onun sözlərinə görə, İsmayılova barəsində CM 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə axtarış elan olunub.
İdarənin rəis müavini qeyd edib ki, hazırda iş istintaq mərhələsində olduğundan məsələ ilə bağlı geniş məlumat verilmir və İsmayılovanın istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Xatırladaq ki, bir müddət əvvəl Moskvada olan Rəqsanə İsmayılova özünün «Facebook» səhifəsində bildirib ki, o, artıq Moskvadan İstanbula yollanıb.
Sənətçinin telefonu bağlı olduğundan hələlik onunla əlaqə yaratmaq mümkün deyil.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 337