Muəllif:

Rejissor Elmar İmanov erməni festivalının mükafatını alıb

Almaniyada yaşayan azərbaycanlı rejissor Elmar İmanov Ermənistanda keçirilən “Qızıl ərik” kinofestivalının xüsusi mükafatına layiq görülüb. Ermənistan KİV-i mükafatın adını dəqiqləşdirmir. Yalnız o məlumdur ki, rejissor Yerevana dəvət almayıb. Yarımsaatlıq film ata və ruhi xəstə olan oğul arasındakı gərgin münasibətlərdən bəhs edir. Film 2011-ci ildə Bakıdan 55 km. aralıda yerləşən Cəngidə çəkilib.
Bundan əvvəl film Amerika kinoakademiyasının gənc kinematoqrafçılar üçün (Tələbə Oskarı) bürünc mükafatına (ən yaxşı xarici film nominasiyasında) layiq görülüb.
30 yaşlı E.İmanov bir neçə il əvvəl daimi yaşamaq üçün Almaniyanın Köln şəhərinə gedib. Orada beynəlxalq Kinematoqrafiya Məktəbini bitirib. İndiyədək bir neçə qısametrajlı və sənədli film çəkib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 175