Muəllif:

Real Madrid Bakıda futbol məktəbi açdı

“Real Madrid” Fondu Bakıda Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə “Uşaqların futbolla sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial layihənin icrasına başlayıb. Bu barədə Türkiyənin “SonDakika.com” saytı yazıb. Layihə çərçivəsində bir sıra idman komplekslərinin rəsmi açılışı olub. Açılış mərasimlərinə nazir Azad Rəhimov, Real Madrid futbol klubunun katibi və fondun sədr müavini Enrique Sanches, AFFA-niun baş katibi Elxan Məmmədov və idman ictimaiyyətinin təmsilçiləri qatılıb.
Nazir Rəhimov deyib ki, MDB məkanında ilk dəfə Bakıda sosial futbol məktəbi açılıb. Bu isə ölkədə futbolun inkişafına təkan verəcək.
Öz növbəsində, Sanches deyib ki, “Real Madrid” Fondunun təsis etdiyi idman kompleksləri Azərbaycan futbolunun inkişafına töhfə verəcək. “Real Madrid” Fondu dünyanın 65 ölkəsində 200-ə yaxın buna bənzər layihə həyata keçirir”.
Azərbaycanda futbola olan diqqəti daha da artırmaq və futbolun keyfiyyətini yüksəltmək məqsədi ilə Avropanın bir çox futbol klubları ilə iş birliyi qurulur.
Sanches bu sırada məşhur türk futbolçusu Arda Turanın da oynadığı “Atletico Madrid” futbol komandasının oyunlara «Land of fire Azerbaijan» (“Odlar ölkəsi Azərbaycan”) geyim reklamı ilə çıxdığını xatırladıb (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 2,00 из 10)
Oxunma sayı: 1113