Ramiz Həsənov: “Yanacağın qiyməti qalxa bilər”
Yanvarın 1-dən “Avro-3”ə keçidlə bağlı ölkədə yanacağın qiymətinin qalxma ehtimalı var. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə bildirib. Komitə sədri yanvarın 1-dən «Avro-3”ə keçidin planlaşdırıldığını bildirib. Bu standarta keçidlə bağlı uyğun qurumların hazırlıqları başa çatıb. R.Həsənov «Avro-4», «Avro-5» standartlarının da hazır olduğunu, amma onların tətbiqi üçün vaxt lazım gəldiyini nəzərə çatdırıb.
Yanacağın qiymətinin qalxa bilməsi ilə bağlı R.Həsənov “Avro-3” standartına keçidin qiymətlərə cüzi təsir göstərə biləcəyini deyib. Ekoloji sağlamlığın hər şeydən vacib olduğunu deyən komitə sədri Bakıda avtomobillərin çoxluğunu xatırladaraq bu standartlara keçidi ölkə üçün zəruri hesab edib.