Muəllif:

Ramil Usubov: «Sabitliyi pozmaq cəhdlərinin qarşısı alınacaq»

Prezident seçkilərinin təşviqat mərhələsi normal qaydada keçir. Daxili işlər naziri Ramil Usubov Azərbaycan dövlət televiziyasına müsahibəsində bildirib ki, prezidenliyə namizədlərin həm açıq, həm də qapalı görüşlər, mitinqlər keçirməsi üçün yerlər ayrılıb və bu tədbirlər zamanı asayişin qorunması daxili işlər orqanları tərəfindən təmin edilir:

«Bəziləri, Milli Şuranın üzvləri və onu dəstəkləyən insanlar düşünür ki, seçkiöncəsi mərhələ nümayişlərlə, mitinqlərlə müşayiət olunsa, polis-vətəndaş qarşıdurması, toqquşmalar yaransa, bu, daha demokratikdir, seçki ab-havasına daha uyğundur. Hesab edirəm ki, bu, kökündən yanlış fikirdir, sabitliyi pozmağa olan cəhdlərdir. Onlar bilməlidir ki, belə cəhdlərin hamısının qarşısı alınıb, alınacaq da».

Ramil Usubovun sözlərinə görə, xalqın tam əksəriyyəti ölkədə sabitliyin, inkişafın tərəfdarıdır. «Azərbaycanda xaos yaratmaq istəyənlər azlıq təşkil edir» deyənazir hamını qanuna dəvət edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183