Muəllif:

Raffi Ovanisyan: «Ermənistanın seçilmiş prezidenti məhz mənəm»

Ermənistanın “İrs” müxalifət partiyasının lideri Raffi Ovanisyan fevralın 19-da İrəvanın “Azadlıq” meydanında keçirdiyi mətbuat konfransında ölkənin fəaliyyətdə olan prezidenti Serj Sarkisyana seçkilərdə “xalqın qələbəsini” — R. Ovanisyanın qələbəsini tanımaq üçün 20 fevral saat 17.00-dək vaxt verib.

“Mən vəzifə dalınca qaçmıram, lakin aydındır ki, hazırda Ermənistanın seçilmiş prezidenti məhz mənəm. Dünən erməni xalqı artıq qələbəsini qeyd edib — onun artıq seçdiyi prezidenti var”, — deyə Ovanisyan qeyd edib.

Müxalifətçi namizəd “hakimiyyətin verilməsi məsələsini” müzakirə etmək üçün Sarkisyanla ictimaiyyətə açıq və ya təkbətək görüş keçirməyə hazır olduğunu qeyd edib.

Ovanisyanın sözlərinə görə, o qələbəyə nail olanadək Konstitusiya çərçivəsində mübarizəsini davam edəcək. Seçkilərdə ikinci yeri tutmuş namizəd gələcək planlarını fevralın 20-nə nəzərdə tutulmuş aksiyada açıqlayacağını bildirib.

Xatırladaq ki, Ermənistan MSK bu gün Serj Sarkisyanın ölkədə keçirilmiş prezident seçkilərində qələbə çaldığını elan edib. İlkin hesablamalara görə, S. Sarkisyan 58,64% səs toplayıb, “İrs” partiyasının rəhbəri Raffi Ovanisyana isə seçicilərin 36,75 faizi səs verib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 116