“Rabitə” Cina Mankuson ilə müqavilə bağlayıb
«Rabitə” heyətinə yeni voleybolçu cəlb edib. Belə ki, son illərin dəyişməz Azərbaycan çempionu ABŞ millisinin 4-cü zona oyunçusu Cina Mankusonu rənglərinə bağlayıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı voleybolçu ilə 3 illik müqavilə imzalanıb. 186 sm boya malik Mankuso son mövsümü Puerto-Rika çempionatında keçirib. O, burada yarışın bombardiri və çempionatın ən yaxşı voleybolçusu olub. Həmçinin, ABŞ-ın U-23 millisinin kapitanı olan Cina bu ilin yayında mundialın ən çox xal toplayan oyunçusu da seçilib.
Ardınca əsas komandaya dəvət olunun “Rabitə”nin yeni transferi ölkəsində son illərin ən yaxşı 4-cü zona oyunçusu sayılır. Mankusoya ulduz həmyerlisi Jordan Larsonun davamçısı kimi baxırlar.
Cina ölkəsində müxtəlif ştatlararası və universitetlər arası yarışların da qalibi olub.