Muəllif: Redaksiya
Qurban Məmmədova 3 il oxundu
Nəsimi Rayon Məhkəməsində həbsdə olan vəkil Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, Qurban Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Vəkil Qurban Məmmədov barəsində CM 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Sonradan istintaq orqanı tərəfindən Məmmədova CM 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub.
Bölüm: Xəbərlər
Oxunma sayı: 133

