Muəllif:

Qurban Məmmədov zərərçəkmişi pulla ələ almaq istəyib…

Qurban Məmmədovun məhkəməsi başlayıb. Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan vəkil Qurban Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Vəkil Anar Qasımlının APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə baxışı oktyabrın 2-nə təyin edilib.

Vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sonradan istintaq orqanı tərəfindən Q. Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135