Qurban Məmmədov və Namizəd Səfərov vəkil deyilmişlər
Qurban Məmmədov və Namizəd Səfərov vəkil deyilmişlər. Vəkillər Kollegiyası onların hər ikisinin kollegiyanın üzvü olmadıqları barədə məlumat yayıb. Qurum bundan narazıdır ki, son günlər bir sıra KİV-lərdə «Vəkil Qurban Məmmədov həbs olundu» və s. bu kimi başlıq və məzmunlu yazılar dərc olunub. Qeyd olunan yazılarda Qurban Məmmədov və Namizəd Səfərov adlı şəxlər cəmiyyətə vəkil kimi təqdim olunublar. Bununla bağlı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna əsasən, yalnız Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxslər vəkillik fəaliyyətini həyata keçirə bilərlər. Beləliklə, adı çəkilən şəxslərin Kollegiyanın üzvləri olmadıqları nəzərə alınaraq onlar barəsində mətbuatda məlumatlar verilərkən «vəkil» adından qanunsuz istifadəyə yol verilməməsi KİV-lərdən xahiş olunur.

