Muəllif:

Qurban Bayramında yenə küçələr qan selinə döndü

Qurban Bayramında deyilənlərə əməl olunmadı. Şəhər rayonlarında bu iş üçün xüsusi yerlər müəyyən olunsa da, buna riayət edilmədi, küçələrdə kortəbii olaraq yaşıllıqlar heyvanları yerləşdirmək üçün zəbt edildi.Bayram başa çatsa da, qan iyi hələ də Bakının küçələrindədir. Qurban bayramı günlərində Bakının küçələrində, özü də açıq havada qoyun sürüləri saxlanır və kəsilirdi.
Turan-ın xəbərinə görə, Bayrmdan bir neçə gün keçsə də paytaxtın mərkəzi rayonları da daxil olmaqla küçələrdən qoyun, kəsif qan iyi gəlir. Bu iyə yığışan küçə it və pişiklərinin mırıltısı sakinləri narahat edir.
Bayram günlərində açıq havada, üstəlik insanların gözü önündə minlərlə qoyun kəsilir, küçələrdən qan seli axır. Bütün bunlar yerli hakimiyyət, səhiyyə və sanitar nəzarəti qurumlarının gözü qarşısında baş verir. Amma, bu nəzarət qurumları nədənsə olaya reaksiya vermir.
Küçədə, açıq havada qoyun satanlar və qoyun kəsənlər bunun üçün yerli hakimiyyət qurumları ilə qeyri-rəsmi razılaşma əldə etdiklərini bildirirlər. Onların sözlərinə görə, hər bir küçənin öz “qeyri-rəsmi məzənnəsi” var.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 167