Muəllif:

Qulu Novruzov Təhsil Problemləri İnstitutunun direktoru təyin edildi

Təhsil nazirinin sabiq müavini Qulu Novruzovun Təhsil Problemləri İnstitutunun direktoru təyin edilmişdir.
Dünən Qulu Novruzov institutun kollektivinə təqdim edilib. Yeni direktoru təhsil nazirinin müavini Ceyhun Bayramov təqdim edib.

C. Bayramov bildirib ki, bu vaxta kimi Təhsil Problemləri İnstitutu təhsil siyasətindən, təhsil sahəsindəki işlərdən nisbətən kənarda qalıb. Lakin yeni direktorun təyin olunmasından sonra institutun fəaliyyətinin daha da genişləndirilməsinə və buradakı kadrların potensialından daha çox istifadə edilməsinə çalışılacaq.
Təhsil Problemləri İnstitunun keçmiş direktoru Abdulla Mehrabov səhhəti ilə əlaqədar öz ərizəsi ilə işdən azad edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1072