Muəllif:

Quldurluğa görə saxlanılan 35 yaşlı qadın təcridxanada özünü asıb

Quldurluğa görə saxlanılan 35 yaşlı qadın istintaq təcridxanasında intihar edib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilir ki, oktyabrın 10-da Bakı İstintaq təcridxanasında saxlanılan vətəndaş Nurlana Nəsir qızı Əsədova təxminən saat 09:00 radələrində saxlanıldığı kamerada özünə məxsus mələfədən kəndir qismində istifadə edərək intihar edib.
1978-ci il təvəllüdlü Nurlana Əsədova Abşeron rayon məhkəməsinin 01.10.2013-cü il tarixli qərarına əsasən CM 181.2.1 (Quldurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Əsədova 02.10.2013-cü il tarixdə Bakı İstintaq təcridxanasına qəbul edilərkən ilkin tibbi müayinədən keçirilib, ona «narkomaniya mənşəli psixo-emosional davranış pozuntusu; mastit» diaqnozu müəyyənləşdirilib və həkim psixiator-narkoloq və həkim terapevt tərəfindən ambulator qaydada müvafiq müalicə təyin edilib. Aparılmış müalicədən sonra vəziyyəti nisbətən stabilləşib və sonrakı müddətdə mütəmadi həkim nəzarətində saxlanılıb. Görülmüş tədbirlərə baxmayaraq, Əsədova yuxarıda qeyd olunan zəmində və şəraitdə intihar edib. Fakt üzrə Sabunçu rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və istintaq aparılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168