Muəllif: Redaksiya
Qubada avtomobil ağaca cırpıldı: iki ölü…
Bu gün günorta saatlarında Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Quba-Qusar yolunun 2-ci km-də, Dağlı kəndi ərazisində qeydə alınıb. Qusar şəhər sakini, 27 yaşlı Hüseynov Ramin Muxtar oğlunun idarə etdiyi 90 RB 238 dövlət nömrə nişanlı, VAZ 2107 markalı avtomaşın idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Sürücü hadisə yerində keçinib, sərnişin, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Mehdiyev Elbrus Əlövsət oğlu isə müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu da xilas etmək mümkün olmayıb. Quba Rayon Polis Şöbəsindən bildirilir ki, hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir.
Bölüm: Xəbərlər
Oxunma sayı: 114

