Muəllif:

Qubad İbadoğlu: “Azərbaycanda korrupsiyanın azalması barədə məlumat qeyri-ciddidir”

Transparency İnternational Beynəlxalq Şəffaflıq Təşkilatının sorğusuna əsaslansaq, Azərbaycanda korrupsiyanın səviyyəsi bir qədər azalıb.İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə ObyektivTV-yə (obyektiv.tv) müsahibəsində Azərbaycanda korrupsiyanın azalması barədə məlumatları qeyri-ciddi saymışdır (Turan).

Qubad İbadoğlu Obyektiv TV-yə müsahibəsində bildirib ki, hesabatda Azərbaycanın korrupsiya barometri ilə bağlı 2012-ci ildə keçirilmiş sorğu arasında müqayisə var. 2012-ci illə müqayisədə Azərbaycanda korrupsiyanın səviyyəsində azalma qeydə alınıb. Bu, sorğunun gəldiyi qənaətdir. Əslində isə Azərbaycan Beynəlxalq Şəffaflıq Cəmiyyətinin 2012-ci il indeksinə görə, dünyanın 176 dövləti arasında ən çox korrupsiyalaşmış 139-cu ölkədir. 2013-cü il sorğusunda göstərilir ki, özəl sektorda, dini sahədə, mediada korrupsiya artıb, dövlət sektorunda azalıb. Bu, təzaddır. Çünki özəl sektor əslində hökumət sektoru ilə əlaqədədir. Özəl sektorda korrupsiya artıbsa, deməli hökumət sektorunda da artmalıdır. Azərbaycanda özəl sektor inhisara alınıb, QHT və medianın bu sektora nəzarət etməsi mümkün deyil. Amma dövlət orqanları bu strukturlarda qanunsuz yoxlamalar aparır. Digər təzad isə odur ki, dünyada korrupsiyanın səviyyəsi artdığı halda Azərbaycanda azalıb.
Q.İbadoğlunun fikrincə, Azərbaycanın dövlət orqanları əvvəlki illərlə müqayisədə büdcəyə daha çox nəzarət edirlər. “Dövlət büdcəsi 20 milyard manat təşkil edir. Əgər büdcədən informasiya çıxışı imkanları getdikcə çətinləşirsə, hesabatlılıq yoxdursa, şəffaflıq aşağıdırsa, parlament bu prosesdə iştirak etmirsə, deməli, dövlət orqanları büdcə vəsaitinin mənimsənilməsində daha çox iştirak edirlər. Təsəvvür edin ki, 2012-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat bu ilin mayında parlamentdə müzakirəsiz qəbul edildi. Sadəcə, deputatların münasibətini belə öyrənmədilər. Təsdiq etdilər”, — ekspert bildirib.
Qanunvericiliyə görə, dövlət məmurları və onların ailə üzvləri biznes fəaliyyəti ilə məşğul ola bilməz. “Amma onların sərvətinə baxın. Bundan əlavə, Azərbaycanda dövlət məmurlarının və onun ailə üzvlərinin gəlirləri, əmlakı, maliyyəsi ilə bağlı bəyannamə tərtib olunmur. Belə olan halda dövlət məmurları və onların ailə üzvləri ölkəyə iqtisadi ziyan vuraraq kölgə biznesi ilə məşğul olurlar”, — Q.İbadoğlu vurğulayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 123