Muəllif:

Qrup halında və gizlicə boğazlarına kəndir salırlar

Qonşu İslam cümhuriyyətinin həbsxanalarında canilərin qrup halında və gizlicə boğazlarına kəndir salırlar. Öncələr bunu meydanlarda edirdilər. İndi bu forma məqbul saylılmlr. Gizlicə… Bu daha məqsədəuyğundur. Bu gün İranda edamlar informasiya axınının ayrılmaz tərkib hissəsidir və adiləşib. Son olaraq Urmiyada biri qadın olmaqla, altı cani gizli edam edilib. Məhkumlar uyuşdurucu qaçaqmalçılığında müqəssir idilər.

Onlardan 5-nin ad və soyadı da açıqlanıb. Bunlar Behruz Şirpur, Mənuçöhr Davudi, Bəhmən Qətrani, Qasım Əkbəri və Zəkəriyyə Nəsrullahidir. Qadın məhbusun kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 10-da səhər saatlarında Urmiya şəhər mərkəzi həbsxanasında icra edilib. Lakin bu edamlarla bağlı məlumat açıqlanmayıb.

Son günlər Gilan vilayətində 3, Simnan vilayətində 2, Kirmanşah vilayətində 2, Xuzistan vilayətində 1, Kohgiluyə və Boyer-Əhməd vilayətlərində də 1 cani edam edilib. Əksəriyyət narkotiklərlə bağlı cinayətlər üzrə məhkum olunmuşdular.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 399