Muəllif:

Qohumunu döydü, sonra avtomobillə üstündən keçərək öldürdü

Siyəzən rayonunun Həmyə kəndi ərazisində, dəniz sahilindəki münaqişə İsrafil Məmmədovun belə bir ölümü ilə nəticələnib. Sözləri düz gəlməyən 36 yaşlı Siyəzən şəhər sakini Ələsgərov İlham Ələjdər oğlu və həmyerlisi 39 yaşlı Məmmədov İsrafil Dadaş oğlu öz aralarında yaranan mübahisəyə son qoymaq məqsədilə dəniz sahilinə gəliblər.
İyunun 28-də gecə saat 2:00 radələrində rayonunun Həmyə kəndi ərazisində dəniz sahilindəki münaqişə İsrafil Məmmədovun ölümü ilə nəticələnib.
Məmmədovun qohumları danışıblar ki, İlham Ələsgərov həmyerlisini döydükdən sonra idarə etdiyi «90-RD-246» qeydiyyat nişanlı «Toyota» markalı avtomobillə onun üstündən keçib.
İsrafil Məmmədovun meyiti müayinə edilmək Xaçmaz rayon morquna gətirilib.
Mübahisə Həmyə kəndində bu gün olacaq toy ərəfəsində baş verib və mübahisə edənlər əslində yaxın qohumdurlar. Belə ki, İlham Ələsgərov bu gün toyu olacaq gəncin dayısı, İsrafil Məmmədov isə əmisidir. Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 139