Muəllif:

Qobustanın «hərbi komissarı» dələduz çıxdı

Bakı Hərbi Məhkəməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi Anar İsmayılovun həbs edildiyi xəbəri təsdiqləndi. Məhkəmədən Anar İsmayılov barəsində iyun ayının 6-da həbs qətimkan tədbiri seçilib. Bu şəxs dələduzluqda ittiham olunur.

Qeyd edək ki, hərbi çağırış sistemində bu kimi həbslər nadir hadisə deyil və qurumda rüşvətxorluğun kök saldığının ifadəsidir. Müharibə şəraitində olan bir ölkədə çiynində poqon daşıyanların bu kimi cinayətləri təəssüflər olsun ki, millətə və dövlətə qarşı ən ağır cinayət kimi tövsif olunmur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 240