Muəllif:

Qızıl emalı zavodu üçün yeni kredit cəlb edilib

«Anglo Asian Mining plc» şirkəti (Azərbaycanda qızıl istehsalçısı) Azərbaycan Beynəlxalq Bankından (ABB) Gədəbəydə qızılın yuyulması zavodunun tikintisi üçün növbəti krediti cəlb edib.
«25,5 milyon dollar həcmində kredit hesabına zavodun tikintisinin yekun mərhələsi maliyyələşdiriləcək», — şirkətdən Trend-ə verilən məlumatda deyilir.
Bu və əvvəlki kreditlər nəzərə alınmaqla şirkət zavodun tikintisinə ABB-dən ümumilikdə 43,5 milyon dollar cəlb edib.
Bu şirkət Azərbaycanda 6 qızıl yatağının operatorudur. Bu yataqlardan toplam 400 t qızıl, 2500 t
gümüş və 1,5 min t mis hasil etməyi planlaşdırır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 683