Muəllif: Redaksiya
Qızıl ehtiyatını 30 tona çatdıracaqlar
Azərbaycan Dövlət Neft Fondunun qızıl ehtiyatlarının həcmi 2013-cü ilin sonuna kimi 30 tona çatdırılacaq. Fondun icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, indiyədək Fond tərəfindən 25 ton qızıl alınıb və ilin sonunadək daha 5 ton qızılın alınması nəzərdə tutulur.
Mövsümov deyib ki, qızılın baha olması fonunda Fond tərəfindən qızıla investisiya yatırılması fikri düzgün deyil: “Qızıla investisiyalar strateji xarakter daşıyır. Qızılın qiymətinin dəyişkənliyi Fondu narahat etmir, çünki bu daimi prosesdir. Hazırda hökumətlə birlikdə qızılın alışının davam etdirilməsi barədə müzakirələr gedir”.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 176