Muəllif:

Qızıl Ayparaçılar Əli ağa Şıxlinskini ad günündə andılar

Bu gün Qızıl Ayparaçılar Əli ağa Şıxlinskini ad günündə andılar. Onun barelyefi vurulmuş evin qarşısında toplaşdılar, barelyefin önünə qırmızı qərənfillər düzdülər, Vətən və Millət qarşısında xidmətlərini ehtiramla yad etdilər. Biz jurnalistlər Həsən bəy Zərdabini öz mənəvi atamız bildiyimiz kimi, general Əli ağa Şıxlinski də Qızıl Ayparaçıların mənəvi atası kimi qəbul olunur. Axı humanist missiya daşıyan bu qurumun beşiyi başında 1920-ci ilin əvvəlində məhz o dayanmış, Hilal-Əhmər (o vaxt Qızıl Aypara Cəmiyyəti belə adlanıb) cəmiyyəti yaradılması təşəbbüsündə bulunmuş və buna nail olmuşdur. Onun ömür-gün yoldaşı, Birinci Dünya savaşı illərində Qərb cəbhəsində şəfqət bacısı olaraq çalışmış, bu işdə təcrübə toplamışdı. Nigar xanım Şıxlinskaya vəfat edənə qədər Azərbaycanda bu şəbəkə ilə bağlı olmuş, tibb bacısı kimi fədakarcasına çalışmışdır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə,
QAC Yasamal təşkilatının sədri Şahin Hüseynov, hərbi tarixçi Şəmistan Nəzirli çıxış edərək Əli ağa Şıxlinskinin fəaliyyətindən söz açdılar.
Sonra fəallar Dağüstü qəbristanlığa gedərək generalın, onun ömür-gün yoldaşı Nigar xanımın məzarını ziyarət etdilər, bu dəyərli insanların ruhlarına dualar oxundu, məzarları üstünə tər çıçəklər düzüldü.

Neçə illərdir Qızıl Ayparaçılarda bu anım mərasimi, bu ehtiram gözəl bir
ənənə halını almışdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 228