Muəllif:

Qız qalasında bərpa işləri davam edir

Qız qalasında aparılan restavrasiya və konservasiya işləri bu ilin sonuna kimi başa çatacaq. Bu barədə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində keçirilən ilin yekunlarına həsr olunmuş iclasda idarənin rəisi Mikayıl Cabbarov məlumat verib (APA).
O bildirib ki, abidədə aparılan elmi-tədqiqat və bərpa işləri Avstriyanın «Erich Pummer Atelier Gmbb» şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Hazırda abidənin fasadının 75%-i konservasiya edilib. Abidənin daxilindəki təmir-bərpa işləri avstriyalı mütəxəssislər tərəfindən gerçəkləşib. Qız qalasında aparılan bərpa-konservasiya işləri çərçivəsində qalanın içərisində dərinliyi 21 metrə çatan su quyusunun təmizlənməsinə və tədqiqatına başlanıb:
«2013-cü ildə Qız qalasının muzey-konservasiyası üzrə aparılan təmir-bərpa işlərinin yekunlaşacağı və abidəyə ziyarətçi axınının artacağı gözləndiyindən muzey ekspozisiyasının müasir texnologiyaların köməyi ilə dünya standartları səviyyəsində yenidən qurulması konsepsiyasının hazırlanmasına dair «Dd Expo B.V.» şirkəti ilə müqavilə bağlanıb».
Hesabat dövrü ərzində Böyük Qala ərazisində dövlət mənzil fondu üzrə 419 min manatlıq təmir işləri görülüb. Qaz, su, kanalizasiya, rabitə və elektrik xətləri yenilənib. Ərazidə həmçinin tibb məntəqəsi yaradılıb, müraciət əsasında Səhiyyə Nazirliyi tərəfindən daimi əsaslarla orada çalışacaq mütəxəssislər ayrılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 157