Muəllif: Redaksiya
Qiymətlər düşsə də, qızılı satmaq niyyətində deyilik
Dövlət Neft Fondunun qızıl ehtiyatları 2013-cü ilin sonuna kimi 30 tona çatdırılacaq.
Bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş.Mövsümovun «APA-Economics»ə açıqlamasına görə, indiyədək Fond tərəfindən 22-23 ton qızıl alınıb və bunun 7-8 tonu artıq Azərbaycana gətirilib. DNF başçısı həmçinin bildirilib ki, Fond bu ilin sonuna kimi alınmış qızılın tam şəkildə ölkəyə gətirilməsinə çalışacaq.
Ş.Mövsumov bəyan edib ki, dünya bazarlarında qızılın qiymətində müşahidə olunan dəyişkənlik DNF-ni narahat etmir və Fond qiymətin düşmə səbəbindən qızılı satmaq niyyətində deyil.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 168