Qiymətin qalxması əsaslı deyil, “dalğavari” olacaq
Yancağın qiymətinin qlxacağı haqda proqnozlar özünü doğrultdu, amma qiymət artımı obyektiv səbəblərdən yox, inhisarın saxlanması və neft gəlirlərinin azalması hüsabına baş verir.Bu haqda iqtisadçı Qubad İbadioğıu öz “facebook” səhifəsində yazıb və qiymətlərin artmaqda davam edəcəyi xəbərdarlığı edib.
““Azəreneji”, “Azərbaycan dəmir yolu”, “Xəzər Dəniz Gəmiçiliyi”, “AZAL”, “Azersu” iri vergi ödəyiciləri maliyyə dayanıqlığı gösətrə bilmədilər, nəticədə dövlət büdcəsində 2,4 milyard manat borc yarandı. Bu məbləği toplaya bilməyən hökumət aksizlərin qiymətini qaldırmaq, ƏDV çərçivəsində yığmları və istehlakçı vergilərini genişləndimək qərarı verdi. “Başqa sözlə, hökumət vətəndaşın cibinə girməyi üstün tutdu” deyə ekspert rəyini açıqlayır.
İbadoğlu yaxın günlərdə şəhərdaxili və şəhərkənarı nəqəliyyat daşımalarına görə qiymətlərin qalxması haqda Tarif Şurasını qərar verəcəyini nəzərə çatdırıb.
Daha sonra elektirk enerjisi və qazın qiymətlərinin qalxacağı qeyd edilir. Bütün bunlar isə avtomatik şəkildə ərzaq məhsulları və xidmətin bütün növlərinin qiymətlərinin artmasına səbəb olacaq. “Odur ki, gələn iki rəqəmli inflyasiya gözləmək laızm gəlir” — deyə İbadoğlu qeyd edib.
Konkret rəqəmlərə gəlincə, A-92 benzini istfadə edən maşın sahiblərinin aylıq xərcləri orta hesabla 32 manat, A-95 benzini işlədənlərinki isə 40 manat artacaq.
Müsavat Partiyasının başqanı İsa Qəmbər bu barədə öz Facebook səhifəsində etiraz aksiyalarının keçirilməsilə bağlı müzakirələr başlanacağını bildirib. “Xalq öz sözünü deməlidir” qeyd edib.
Milli Şuranın sədri Cəmil Həsənli ölkədə aşağı maaşlar. Sosial müavinətlərə olduğu halda bu qiymət artımını yolverilməz adlandırıb. Neft istehsalçısı olan bir ölkə üçün belə qiymət artımının başadüşülən olmadığı vurğulanıb. Bəzi neft idxal ediləın ölkələrdə qiymət Azərbacyandan ucuz olduğu xatırladılır. Məsələn, gəlirləri Azərbaycan əhlaisilə müaqyisədə dəfələtlə çox olan ABŞ-da eneji daşıyıcılarının qiymətinin Azərbaycandan aşağı olduğu xatırladılır (Turan).