Qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılır
Ali təhsil müəssisələrində qiyabi təhsil öz əsrini yaşamış hesab edilir və qiyabi şöbələrə qəbul 2015-ci ildən dayandırılacaq. MM Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev mətbuata aşıqlamasında deyib ki, bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq: “Çünki bütün dünyada belə qəbul olunub. Keçmiş SSRİ ölkələri istisna olmaqla, dünyanın heç yerində qiyabi təhsil yoxdur, yalnız distant təhsil var. Bizdə qiyabi şöbələrə qəbul olunan sonuncu şəxslər təhsillərini başa vurduqdan sonra — 2015-ci ildən etibarən bu prosesi tədricən həyata keçirmək olar”.
Təhsil Nazirinin qiyabi təhsil alanların pedaqoji fəaliyyətinə qoyduğu yasağa da münasibət bildirən Hacıyev deyib ki, bu birbaşa icraedici orqanın səlahiyyətində olan prosesdir, qanunvericiliyə heç bir aidiyyəti yoxdur.

