Qış Olimpiya Oyunlarına dağ xizəyi üzrə 2-ci lisenziyanı qazandılar
Azərbaycan idmançıları Bolqarıstanın Bansko şəhərində — dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən ərazidə dağ xizəyi üzrə çempionatda iştirak ediblər. MOK mətbuat xidmətinə istinadən,
iki atletimiz — Patrik Brahner və Sedrik Notz müvafiq olaraq 4-cü və 23-cü yerləri tutublar. Elə həmin gün gənclər arasında keçirilən digər yarışlarda isə adıçəkilən atletlər müvafiq olaraq 6-cı və 19-cu yerləri tutublar.
Bütün yarışlar nəticəsində ortalama balına görə dağ xizəyinin slalom növü üzrə atlet Sedrik Notz Soçi 2014 Qış Olimpiya Oyunlarına lisenziya qazanmaqla bu idman növündə Azərbaycanın balansına 2-ci lisenziyanı yazıb.
Patrik Brahner isə Soçi 2014 Qış Olimpiya Oyunlarına lisenziyanı 2013-cü ilin əvvəlində keçirilmiş yarışlar nəticəsində əldə etmişdi.