Muəllif:

Qəzet terrorçu “baş nazirin» müsahibəsini saytdan sildi

Dağlıq Qarabağdakı separatçı rejimin “baş naziri” — terrorçu Araik Arutunyanın “Reuters” agentliyinə verdiyi və Rusiya parlamentinin rəsmi orqanı olan “Parlamentskaya qazeta”da dərc edilmiş müsahibəsi qəzetin saytından çıxarılıb.
Bəlli olduğu kimi, “Parlamentskaya qazeta”da dərc edilmiş “Dağlıq Qarabağ respublikasının baş naziri: Konfliktin tərəfləri kompromisə hazır deyillər” başlıqlı yazıda “Dağlıq Qarabağ Respublikası” ifadəsi dırnaq içində verilməyib.

Yazıda separatçıların “baş nazir”inin açıqlamaları, Dağlıq Qarabağ münaqişəsi haqqında fikirləri yer alıb. Qəzet yazıb ki, tanınmamış respublikanın baş naziri 1991-94-cü illərdə Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edib.Yəni terror əməllərində əli olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168