Muəllif:

Qeyri-çimərlik ərazilərdə çimənlərə çərimə tətbiq oluna bilər

Artıq çimərlik mövsümü başlayıb. Keçən il xeyli insan sularda boğuldu. Bu yeni mövsümdə bu kimi halların qarşısını almaqdanötrü qeyri-çimərlik ərazilərdə çimənlərə çərimə tətbiq oluna bilər. Bunu jurnalistlərə FHN Dövlət Sularda Xilasetmə Xidmətinin rəis müavini Bəxtiyar Həsənov deyib  və qeyd edib ki, bununla bağlı təkliflər hazırlanır:

«Biz istəyik ki, qeyri-çimərlik ərazilərindən istifadə edən, çimərliklərə sərxoş halda gələn və təhlüksizlik qaydalarına əməl etməyən insanlara çərimələr tətbiq olunsun. Bununla bağlı təkliflər hazırlayırıq»

Həsənov bildirib ki, FHN insanları qeyri-çimərlik ərazilərində çimməkdən çəkindirmək üçün müxtəlif təbliğati işlər aparır.

Xidmətin rəis müavini əlavə edib ki, 2013-cü ilin 5 ayi ərzində FHN-nin xilasediciləri tərəfindən qeyri- çimərlik ərazilərində çimən 141 nəfər insan xilas olunub, 11 nəfərin həyatını isə xilas etmək mümkün olmayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 356