Muəllif: Redaksiya
Qətlin üstü 17 günən sonra açıldı
Sumqayıtda 17 gün əvvəl 45 yaşlı qadını xüsusi amansızlıqla qətlə yetirən şəxs tutulub. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə əməliyyatı nəticəsində sentyabrın 18-də Arzu Nəcəfovanı bıçaqla öldürən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 19 yaşlı Eldəniz Çingiz oğlu Hacıyev tutulub.
Nəcəfova yüngül həyat tərzi keçirirmiş. Hacıyev sentyabrın 18-də cinsi münasibətdə olmaq üçün onun yaşadığı ünvana gəlib, bu zaman onların arasında mübahisə düşüb. Mübahisə zəminində Hacıyev çoxsaylı bıçaq zərbələri ilə Nəcəfovanı öldürüb. Sentyabrın 25-də Nəcəfovanın qətlə yetirilmiş meyiti Sumqayıt şəhəri 14-cü məhəllə, ev 12/21 ünvanında kirayədə yaşadığı mənzildə tapılıb.
Bölüm: Kriminal
Oxunma sayı: 154