Muəllif: Redaksiya
«Qəbələ»nin baş məşqçisi istefaya göndərildi
«Qəbələ» klubunun baş məşqçisi Ramiz Məmmədov istefaya göndərilib. Klubdan bildiriblər ki, istefaya səbəb komandanın ölkə kubokunda mübarizəni erkən dayandırması və son vaxtlar zəif çıxış etməsi olub.
Məmmədovun yerinə komandaya müvəqqəti olaraq «Qəbələ»nin əvəzedici heyətinin baş məşqçisi Luis Araqon gətirilib. Məmmədov ingiltərəli çalışdırıcı Tomi Adamsdan sonra bu posta təyin olunmuşdu.
Bölüm: Idman
Oxunma sayı: 137