Qəbələ festivalına ünlü isimlər gəlib
Bu gün Qəbələdə V Beynəlxalq Musiqi Festivalı açılıb və bu ənənəvi musiqi bayramına uzaq və yaxın ölkələrdən ünlü isimlər gəlib. Mədəniyyət Nazirliyinin yaydığı məlumatında bildirilir ki, festival avqustun 6-na qədər davam edəcək. Tədbirin iştirakçıları Azərbaycan musiqiçiləri, Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba və Qazaxıstandan bədii kollektivlər iştirak edəcək. Onlar arasında Yuri Başmet, Qüds Simfonik Orkestri, Boris Berezovski, Vadim Repin, Oksana Yablonskaya və s. kimi məşhur adlar var.
* Qəbələ klassik musiqi, habelə caz və muğam Festivalı 2009-cu ildən etibarən hər il yayda Qəbələ şəhərində keçirilir.
Musiqiçilərin çıxışları açıq səma altında və kamera konsert zallarında keçirilir. Festivalda dünyanın müxtəlif ölkələrindən orkestrlər və ifaçılar iştirak edir. Hər iki ildə bir beynəlxalq fortepiano müsabiqəsi keçirilir.
Sayca dördüncü festival 2012-ci il iyulun 22-dən avqustun 5-nə qədər keçirilib, dünyanın 10 ölkəsindən 350 musiqiçini birləşdirib. -16D-