Muəllif:

“Qəbələ”də hollandiyalı mütəxəssis

Uşaq futbolu sahəsində zəngin təcrübəyə malik olan və xeyli uğurlar əldə edən Stenli bundan sonra ölkəmizdə çalışacaq.
Ölkədə uşaq futbolunun inkişafına xüsusi önəm verən “Qəbələ” Futbol Klubu tanınmış hollandiyalı mütəxəssis Stenli Brardla 3 illik müqavilə bağlayıb. Mütəxəssis növbəti mövsümdən vəzifəsinin icrasına başlayacaq. Qeyd edək ki, Brard bundan əvvəl “Feyenoord” Futbol Akademiyasının direktoru vəzifəsində çalışıb.
Əsası 2009-cu ildə qoyulan və Azərbaycan ilk futbol akademiyası olan bu təsisata əvəllər türkiyəli mütəxəssis Ali Yavaş başçılıq edib. Uzun illər “Qalatasaray” Futbol Akademiyasında çalışan Ali Yavaş 2012-ci ilədək Qəbələdə işləyib. Bu müddət ərzində formalaşma dövrünü yaşayan akademiya hazırda Azərbaycanda bu qəbildən ən öndə gedən futbol təsisatıdır. Burada təlim görən yüzlərlə uşaq, yeniyetmə və gənc hazırda 11 yaşından tutmuş 19 yaşadək futbolçular arasında Azərbaycan çempionatlarında çıxış edirlər. Bu akademiyanın 20-dən artıq futbolçusu ölkənin müxtəlif yaş qruplarında yığma komandalara çağırılırlar.
“Qəbələ” Futbol Klubu özünün futbol akademiyasının yeni baş direktoru Stenli Brardı ictimaiyyətə təqdim edib. Ölkə müdiasının 20-dən artıq təmsilçisinin iştirak etdiyi tədbirdə klubun vitze-prezidenti Fariz Nəcəfov çıxış edib. Klub rəsmisi “Qəbələ” Futbol Akademiyasının 2009-cu ildən bəri olan fəaliyyətindən və uğurlarından danışıb: “Akademiyanın keçmiş direktoru Ali Yavaş vəzifəsindən ayrıldıqdan sonra artıq uzun müddət idi ki, ona əvəzləyici axtarırdıq. Nəhayət, seçimi Hollandiyanın “Feyonoord” uşaq futbol akademiyasının direktoru Stenli Brardın üzərində saxladıq. Hollandiya uşaq futbol məktəbləri bütün dünyada tanınır və öz dəsti-xətti ilə seçilir. “Qəbələ” də Azərbaycanda belə futbol modeli yaratmaq istəyir. Stenli Brardın rəhbərlik etdiyi Futbol Akademiyası Hollandiyada bir neçə dəfə çempionluğu və kuboku qazanıb”.
Daha sonra Stenli Brad çıxış edib. O, “Qəbələ”ni seçməsinin səbəblərindən danışıb: “Burada ikinci dəfədir oluram. Ötən ilin iyun ayında 15 yaşlı futbolçular arasında turnirdə “Feyonoord”la birliklə bura gəlmişdim. O vaxtdan buradakı infrastrukturla, şəraitlə tanış idim. “Qəbələ”dən təkilf alanda bu amilləti nəzərə alıb razılıq verdim. Rəhbərliyin klubla bağlı planları, futbola baxışları məni qane edir. Həm də bir mütəxəssis kimi özümü xaricdə də təsdiq etmək istəyirdim. Ona görə də bu təklifi dəyərləndirdim. Burada olmağımdan çox məmnunam. Əsas məqsədimiz milli komandaya futbolçu yetişdirməkdir. Həm də bu futbolçuları xarici klublara transfer etməyi düşünürük”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 403