Muəllif:

Qazipur: Urmiya gölü ətrafında 50 kənd boşalıb

Urmiya gölünün quruması nəticəsində 50 ətraf kənd tamamilə boşalıb. APA-nın xəbərinə görə, bu acı gerçəkliyi İran parlamentinə Urmiyadan deputat seçilmiş Nadir Qazipur dilə gətirib.
Deputat bildirib ki, gölün quruması nəticəsində ətraf ərazilər yaşayış üçün yararsız vəziyyətə düşüb: “50 kəndin bir sakini də orada yaşamır. İnsanlar kəndlərini tərk etmək məcburiyyətində qalıblar. Urmiya tamamilə qurusa, ölkədə duz fırtınaları olacaq. Gölün yenidən canlandırılması üçün isə milyardlarla dollar vəsait lazımdır”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 166