Muəllif: Redaksiya
Qazın qiyməti Ermənistan hökumətini çıxılmaz duruma salıb
Belə görünür qazın qiymətinin qalxması Ermənistan hökumətini çıxılmaz duruma salıb. Xalqı sakitləşdirmək üçün Ermənistan hökumətinin Rusiya və İranla qazın qiymətinə dair danışıqlar apardığı barədə açıqlama yayılıb.
Parlamentdə çıxış edən baş nazir Tiqran Sarkisyan bildirib ki, hökumət qazı daha ucuz qiymətə almaq istəyir və İranla və strateji tərəfdaş Rusiya ilə danışıqlar aparırılır və bu müzakirələr ən yüksək siyasi səviyyələrdə davam etdirilir.
Baş nazir qeyd edib ki, Qazprom Ermənistana qazın 1000 kubmetrini 189 dollara təklif edir ki, Rusiyadan tarif tranzitləri də nəzərə alınmaqla bu rəqəm 270 dollara yüksəlir: “Ona görə də tərəflər tranzit haqlarından yayınmaq üçün çıxış yolları axtarır”…
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 126