Muəllif:

Qazaxıstandan böyük bir biznes heyəti Bakıda

Qazaxıstanın Baş nazirinin müavini Krımbek Kuşerbayevin başçılıq etdiyi geniştərkibli biznes heyəti Azərbaycana gəlib. Bu barədə çərşənbə günü Trend-ə hökumətdən məlumat verilib.
Qazaxıstanın dövlət və biznes-strukturları təmsilçilərinin daxil olduğu heyətin ikigünlük səfəri yanvarın 9-da başlayıb. Səfərdə məqsəd qarşılıqlı maraq doğuran ikitərəfli əməkdaşlığı genişləndirmə imkanlarının müzakirəsi, kənd təsərrüfatı və sənaye sahəsində Azərbaycanın istehsal və emal müəssisələrinin fəaliyyəti ilə tanış olmaqdır.
Qazaxıstan heyətinin bu gün Xırdalanda «Zəhmət-Ruzi» kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinə, Sumqayıt sənaye zonasına baş çəkəcəyi planlaşdırılır. Səfərin ikinci günündə Binə qəsəbəsindəki «Green Tech»-in istixana kompleksinin fəaliyyəti ilə, həmçinin Qəbələdəki müəssisələrlə tanışlıq nəzərdə tutulub.
Kuşerbayevi baş nazir Artur Rasizadə ilə görüşübr. Onun iqtisadi inkişaf naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri İsmət Abasovla da görüşləri planlaşdırılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 119