Muəllif:

Qazaxdan açıqlama: Onun bu yaramaz və iyrənc hərəkəti…

Sərdar Cəlaloğlunun milli şairimiz — 60 il olar dünyadan köçmüş Səməd Vurğunun ünvanına işlətdiyi ədəbsiz ifadə Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının fəallarını da hiddətləndirib və onlar məsələyə sərt münasibət bildiriblər. Açıqlamada deyilir:

«Böyük Azərbaycan şairi Səməd Vurğuna qarşı işlətdiyi ədəbsiz ifadəyə görə çox narahatıq. Xalqın mənəvi pasportu olan bir sənətkara qarşı yönələn ölçüsüz-biçisiz bir hərəkəti pisləyirik. …O, bu ifadəsi ilə, yəni xalqın dahi sənətkarını aşağılamaq cəhdiylə eyni şəkildə Ə.Əylisli və onu müdafiə edənlərin mövqeyində dayandığını nümayiş etdirmişdir.
Siyasət meydanında özünü göstərə bilməyən bir kəsin ədəbiyyat meydanına soxulmaq cəhdi çox gülüncdür! Hüseyn Cavid demişkən: «Ədəbiyyat başqa, siyasət başqa!»
Yaxşı olar ki, o, bir az savadını artırsın, M.Ə.Rəsulzadənin S.Vurğun yaradıcılığına verdiyi yüksək qiymətlə həm özü tanış olsun, həm də həmfikirlərini məlumatlandırsın.

Onun bu yaramaz və iyrənc hərəkəti xalqın ruhuna, mənəviyyatına, tarixinə, ədəbiyyatına, bütövlükdə Azərbaycanın müstəqilliyinə edilən qəsddir.

Təkcə Azərbaycan iqtidarına yox, xalqa da müxalifətdə olan bir siyasi qurumun «lideri» Azərbaycanın xalq şairinə qarşı işlətdiyi nalayiq ifadəyə görə şairin ruhundan və Azərbaycan xalqından üzr istəməlidir!»

Açıqlamanı Yazıçılar Birliyi Qazax Zona filialının sədri, Əməkdar İncənət Xadimi Barat Vüsal, AYB üzvləri olan yerli yazarlardan Bilal Qoca, Ağstafadakı «Hüseyn Arif ədəbi məclisi»nin sədri Saqif Qaratorpaq, ağsaqqal şair Ələddin İncəli, Prezident təqaüdçüsü Şahinə Könül imzalayıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 157