Muəllif:

Qazaxda kriminal əlaqələri olan şəxs həbs edildi

Qazaxda kriminal aləmlə yaxın əlaqələri olan Babək Vəliyev həbs edilib. DİN mətbuat xidməti bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də Qazax rayonu ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Babək Vəliyevin idarə etdiyi “Land Rover” markalı avtomaşın saxlanılıb. Avtomaşına baxış zamanı 1 ədəd “Makarov” tapançası, 12 ədəd patron, 2 ədəd patron darağı, 2 ədəd qumbara, 2 ədəd qumbara alışdırıcısı, 4 ədəd keramika ilə möhkəmləndirilmiş kapsula və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Babək Vəliyev əvvəllər bir sıra ağır cinayətlər törətdiyi üçün ümumilikdə 15 il məhkumluq həyatı yaşayıb. Onun kriminal aləmlə yaxın əlaqələrinin olduğu bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 249