Muəllif:

Qazax Diaqnostika Mərkəzində həkim həkimi bıçaqladı

Qazax Diaqnostika Mərkəzində həkim öz həmkarını bıçaqlayıb. Hadisə səhər saatlarında qeydə alınıb. Mərkəzin müdiri, terapevt Şahin Həsənov mübahisə zəmində iş yoldaşı, cərrahiyyə şöbəsinin müdiri Vasif Pirvəliyevi bıçaqlayıb. Pirvəliyev dərhal mərkəzə yerləşdirilib. Onun vəziyyəti normal qiymətləndirilir. Hadisənin dəqiq səbəbi açıqlanmır, sadəcə, bu iki həkim arasında münasibətlərinin normal olmadığı deyilir.

Qazax Rayon Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov hadisə ilə bağlı virtualaz.org saytına açıqlamasında bildirib ki, bıçaqlanan həkim Vasif Pirəliyevin vəziyyəti yaxşıdır: “Vasif həkimi mən özüm əməliyat etmişəm. Ciddi bir şey yoxdur. Yüngül xəsarət alıb. Xahiş edirik ki, onun sağlıq durumu ilə bağlı məlumatlar şişirdilməsin. Valideynləri Bakıdadır. Narahat olmalarını istəmirik. Artıq mətbuatda bu haqda xəbərlər yayılır. Məlumatların dəqiq yazılmasını istəyirik, olayın şişirdilməsinə ehtiyac yoxdur”.

K.İbrahimov hadisənin səbəbi haqda danışarkən bunları dedi: “Hadisə şəxsi münasibətlər zəminində baş verib. Bu hadisənin Diaqnostika Mərkəzi ilə, işlə heç bir əlaqəsi yoxdur”.

V.Pirəliyevi bıçaqlayan terapevt Şahin Həsənovun həbs olunub-olunmamasına gəlincə isə K.İbrahimov söylədi ki, hadisə baş verdikdən sonra Şahin Həsənov özü polisə gedərək bu haqda məlumat verib.Qazax Polis Şöbəsində faktla bağlı araşdırma aparıldığı, Həsənovun saxlandığı bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1111